BDU Türkiyənin Erzincan Binəli Yıldırım Universiteti ilə “Erasmus” mübadilə protokolu imzalayıb
21.10.2024 - 12:56
BDU Türkiyənin Erzincan Binəli Yıldırım Universiteti ilə “Erasmus” mübadilə protokolu imzalayıb

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Erzincan Binəli Yıldırım Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.TƏHSİL.BİZ xəbər verir ki, müqaviləni BDU-nun rektoru Elçin Babayev və Erzincan Binəli Yıldırım Universitetinin rektoru Akın Levent imzalayıb.Protokolda hər iki universitetin tələbələri, akademik və inzibati heyətinin qarşılıqlı mübadiləsi öz əksini tapıb.Erzincan Binəli Yıldırım Universitetinin əsası 1976-cı ildə qoyulub. 12 fakültə, 17 mərkəz, 11 peşə məktəbi, 3 kollec və 4 institutun fəaliyyət göstərdiyi universitetdə 25000-ə yaxın tələbə təhsil alır.

Mənbə: tehsil.biz
  • Xəbər lenti

DİGƏR XƏBƏRLƏR