Özünə, sözünə, komandasına, ən əsası isə zəkasına güvənənlərə səslənirik!
22.10.2024 - 10:07
Özünə, sözünə, komandasına, ən əsası isə zəkasına güvənənlərə səslənirik!

Özünə, sözünə, komandasına, ən əsası isə zəkasına güvənənlərə səslənirik!   İlin ən çox gözlənilən və ən çox gənci əhatə edən intellektual layihəsi - “İntellektual Klubların V Gənclər liqası” başlayır.  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən layihədə iştirak etmək üçün komanda şəklində müraciət etmək mütləqdir.  Turnirdə iştirak edən hər bir komanda 6 oyunçudan ibarət olmalıdır. Yaş həddi 16-29-dur. Bakı komandaları ayrıca təşkil ediləcək 1 seçim turunda iştirak edərək böyük final uğrunda mübarizə aparacaqlar.  Regionlardan müraciət edən komandalar 2 seçim turunda iştirak edərək zona finalı, daha sonra isə böyük finalda qələbə uğrunda mübarizə aparacaqlar. Aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməyə tələsin! Link: https://forms.gle/DQJwy5ybj7Ac6xPNA Son qeydiyyat tarixi: 30 oktyabr saat 23:59

Mənbə: edumap.az
  • Xəbər lenti

DİGƏR XƏBƏRLƏR