“Optika Məsləhətçisi” vakansiyası
04.11.2024 - 17:32
“Optika Məsləhətçisi” vakansiyası Azəri Med QSC Azərbaycanın ən sürətlə inkişaf edən aparıcı tibbi tədarükçülərindən biridir. Son 15 il ərzində dünyanın 40-dan çox ölkəsində səhiyyə şirkətləri ilə əməkdaşlıq edirik və 250-dən artıq saya malik Apteklər Şəbəkəmiz uğurla fəaliyyət göstərir. Biz xəstəxanalar, apteklər və distribyutorları yüksək keyfiyyətli əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və digər məhsullarla təmin edirik. Fəaliyyətimizin mərkəzində insan sağlamlığı dayandığı üçün, böyük məsuliyyət tələb edir və biz peşəkar kadrlarımızın köməyi ilə nəinki Bakıda, həm də Azərbaycanın müxtəlif regionlarında bunun öhdəsindən məharətlə gəlirik. Azəri Med QSC-nin sadə və aydın məqsədi var: insanlara daha yaxşı sağlamlıq yolunda dəstəkçi olmaq!
Biz peşəkar komandamız üçün “Optika Məsləhətçisi” axtarırıq! Əgər bu sahədə bilikləriniz və təcrübəniz varsa, namizədliyinizi məmnuniyyətlə dəyərləndirəcəyik.
ələblər: · Yaş: 20-45; · Təhsil: Orta təhsil (Ali təhsil üstünlükdür); · Təcrübə: Optika sahəsi üzrə minimum 1 il iş təcrübəsi mütləqdir; · Dil bilikləri: Azərbaycan dilində sərbəst ünsiyyət bacarığına malik olmalı (Rus dili biliyi arzu olunandır); · Təqdimat və satış bacarıqlarına malik olmalı; · Effektiv ünsiyyət qurma bacarığına malik olmalı.
Vəzifə öhdəlikləri: · Müştəriləri qarşılamaq və eynək seçimində köməklik göstərmək; · Sifariş qeydlərini aparmaq; · Müştəri sorğularını cavablandırmaq; · Vitrinlərin səliqəli və təmiz olması üçün mütəmadi nəzarət etmək;
İş şəraiti: · İş qrafiki: Növbəli iş qrafiki · Əmək haqqı: 400 AZN (Gross)+ bonus
Bütün uyğun namizədlər “Optika Məsləhətçisi” mövzusu ilə [email protected] ünvanına öz CV-lərini göndərməyə dəvət edirik. Sizin müraciətlərinizi gözləyirik!
Əlaqə: +994(55 )455-58-71