“Qadın Tədqiqatçılara Qlobal Dəstək” mövzusunda onlayn vörkşop keçiriləcək
04.11.2024 - 19:47
“Qadın Tədqiqatçılara Qlobal Dəstək” mövzusunda onlayn vörkşop keçiriləcək

“Elmdə Qadın və Qızların Dünya Paytaxtı” çərçivəsində “Qadın Tədqiqatçılara Qlobal Dəstək” mövzusunda onlayn vörkşop keçiriləcək. Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası “Beynəlxalq Etimad Kral Elmlər Akademiyası (“RASIT”)” qeyri-hökumət təşkilatı tərəfindən 1 il müddətinə (sentyabr 2024 – sentyabr 2025) “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” elan edilib.  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “RASIT”-in birgə əməkdaşlığı çərçivəsində “Qadın Tədqiqatçılara Qlobal Dəstək” onlayn vörkşopun təşkil olunması nəzərdə tutulub. Vörkşopda xüsusilə magistratura pilləsində təhsil alan qadın tələbələrin, peşəkar qadın tədqiqatçıların və Azərbaycanda təhsil alan əcnəbi qadın tələbələrin iştirak etməsi hədəflənir.  Vörkşopun məqsədi qadın tədqiqatçıların elmi biliklərinin inkişafına və ictimaiyyətin inkişafına verdikləri mühüm rolun vurğulanması, elm və startapın inteqrasiyası, tədqiqat metodologiyaları sahəsində xanım tədqiqatçıların məlumatlandırılması, akademik layihələrə beynəlxalq və yerli qurumlardan maliyyə cəlbi üçün təkliflərin yazılması bacarıqlarının inkişaf etdirilməsi, qadınlar arasında əməkdaşlıq və bilik mübadiləsi üçün şəbəkələşmənin yaradılmasına təşviq və elm sahəsində qadınlar üçün dəstəkləyici mühitin yaradılmasıdır. Onlayn vörkşop 24-25 oktyabr, saat 17:00-18:30-da (Bakı vaxtı ilə) keçiriləcəkdir. Vörkşopun işçi dili ingilis dilidir. İştirak etmək istəyən xanımlar keçidə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün: https://shorturl.at/wXNAC Bildiririk ki, qeydiyyat üçün son tarix 21 oktyabrdır. Qeydiyyatdan keçmiş ilk 100 nəfərin iştirakına şərait yaradılması nəzərdə tutulur.

Mənbə: edumap.az
  • Xəbər lenti

DİGƏR XƏBƏRLƏR