Əməliyyatçı xəzinədar vakansiyası
19.11.2024 - 19:09
Əməliyyatçı xəzinədar vakansiyası

Əməliyyatçı xəzinədar vakansiyası  Müəssisə:  AZ SƏNAYE BANKI ASC

ələblər: Ali təhsilli (iqtisadiyyat və biznes) olmalı;Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis dili biliyi arzuolunandır;Məntiqi və analitik düşünmə tərzi;Komandada işləmək bacarığı;Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.  İş haqqında məlumat: Bütün növ müştəri hesablarının açılması, hesablar üzrə müştərilərə xidmətlərin göstərilməsi və bağlanması;Tələb və sorğular üzrə müxtəlif növ arayışların, sənədlərin, müqavilələrin hazırlanması və müştərilərə təqdim edilməsi;Nağd pul və qiymətlilərin sayımının, saxlanmasının, daşınmasının və inkassasiyasının həyata keçirilməsi;ATM (Exchange və sairə) terminalların inkassasiyasının həyata keçirilməsi, aktlaşdırılması, terminala yerləşdirilmiş və ya çıxarılmış nağd pul vəsaitlərinin müvafiq balans hesabları ilə müqayisə edilməsi, doğru və düzgün müxabirləşmələri sistemə daxil edilməsi;XÖHKS, AZİPS, SWİFT, Apus, Zolotaya Korona, Western Union və sairə pul köçürmə sistemləri ilə əməliyyatların aparılması;Əməliyyat günün yekunu üzrə günlük əməliyyatları yoxlamaq;Əməkdaşı olduğu strukturun büdcə və hədəflərinin həyata keçirilməsi üzrə öhdəliklərinin vaxtında və düzgün icra edilməsi və bu hədəflərin izlənməsi; Tələb olunan hesabatların düzgün hazırlanması və vaxtında rəhbərliyə təqdim edilməsi;Daxil olan sorğu və məktubların, müştəri şikayətlərinin araşdırılaraq cavablandırılması;Müştəri şikayətlərinin həll edilməsi və minimum həddə çatdırılması üçün lazımı tədbirlərin görülməsi.  İş vaxtının norması: 5 günlük iş rejimi;İstirahət günü: Şənbə və Bazar günü.  Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər: Əmək haqqı: Razılaşma yolu ilə;Nahar şirkət tərəfindən təmin edilir.   İş yeri: Bakı şəhəri (Park Bulvar Filialı)  Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected]  elektron ünvanına göndərə  bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Əməliyyatçı xəzinədar” göstərməyiniz xahiş olunur.

Mənbə: edumap.az
  • Xəbər lenti

DİGƏR XƏBƏRLƏR