Gənclərə yaradıcılıq bacarıqlarını kəşf etmək üçün möhtəşəm bir fürsət!
21.11.2024 - 10:06
Gənclərə yaradıcılıq bacarıqlarını kəşf etmək üçün möhtəşəm bir fürsət! BRAND BOOM Azərsun Holdinqin təşəbbüsü ilə Azərbaycanda keçirilən ilk marketinq müsabiqəsi olaraq gənclərə unikal bir təcrübə təqdim edir! BRAND BOOM bir ideya müsabiqəsidir. Məqsəd gənclərimizə yaradıcılıq bacarıqlarını kəşf etmək və onlara unudulmaz təcrübə yaşatmaqdır. Hər il keçirilməsi planlanan marketinq müsabiqəsinin bu il ilk ilidir. Bu müsabiqə ilə sizlərə məhsula yenilik gətirmək ideyasını, onun marketinq mərhələlərini, ən əsası da bütün bunları komanda işi ilə təqdim etmək bacarığını təcrübə etməkdə dəstək olmağı hədəfləyirik. BRAND BOOM bu ilki yarışmaya FEEL TRUE, Coolmix ve Pure Sense markaları ilə start verir. SİZİ HANSI MƏRHƏLƏLƏR GÖZLƏYİR?1. Formu doldurmaqla başlayın! 3-cü və 4-cü kurs bakalavr və ya magistratura tələbəsisinizsə, 2-3 nəfərdən ibarət komandanı qurub, müraciət et hissəsindən müvafiq məlumatları doldurub, markanızı seçib, qeydiyyatdan keçin!2. İdeyanızı bizimlə paylaşın! Əgər müsabiqədə iştirak şərtlərinə cavab verirsinizsə, bu barədə Brand Boom layihə komandası tərəfindən email vasitəsi ilə məlumatlandırılacaqsınız. Məlumatı aldıqdan sonra göndərilən “brief”ə əsasən, hazırladığınız təqdimatınızı (ideyanızı) göstərilən tarixə qədər bizimlə paylaşırsınız.3. “Buddy” dəstəyi alın! Qeyd olunan tarixlər aralığında, yekun layihə təqdim edilmədən bu layihədə sizlərə dəstək üçün təyin olunan Buddy-ləriniz yanınızda olacaq. Göstərilən tarixlərdə Buddy-lərinizlə görüşüb, layihə ilə bağlı ehtiyacınız olan dəstəyi ala biləcəksiniz.4. Layihənizi bizimlə paylaşın! Yeni vəzifəniz layihənizi təfərrüatlandırmaqdır. “İdeyanızı bizimlə paylaşın” mərhələsini keçən ilk 10 komanda arasında olsanız, başqa bir e-mail bildirişi ilə aldığınız 2-ci “brief”ə əsasən, hazırladığınız yekun layihənizi göstərilən tarixə qədər bizimlə paylaşırsınız.5. Böyük finalda iştirak edin! Və budur! Finaldasınız! Final mərhələsində komandalar münsiflər heyətinə öz təqdimatlarını edəcəklər. Təqdimatlardan sonra aparılan qiymətləndirmələrə əsasən, münsiflər heyəti ən yaxşı 3 komandaya öz mükafatlarını təqdim edəcək.Bütün bunlar qulağa çox xoş və həyəcanverici gəlir, elə deyilmi?! O zaman tələs, bu iş əsl sənlikdir! Müraciət et