Məktəblilər zibil qutusunda körpə TAPDI
29.01.2025 - 19:34
Qırğızıstanda məktəblilər zibil qutusunda körpə aşkar ediblər, uşaq xəstəxanaya yerləşdirilib.Tehsil.biz xarici mediaya istinadla bildirir ki, yeniyetmələr zibil konteynerində yeni doğulmuş qız uşağı aşkar ediblər. Uşaqlar hadisə yerinə həkimləri və hüquq-mühafizə orqanlarını çağırıblar. Xəstəxanaya yerləşdirilən yeni doğulan qızcığaz son dərəcə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, uşağın nə qədər küçədə qaldığı məlum deyil.
Mənbə: tehsil.biz
- Xəbər lenti