Alimlər Bennu asteroidində həyatı təmin edən əsas birləşmələr aşkarlayıblar
30.01.2025 - 03:45
Yerə gətirilən Bennu asteroidindən götürülən nümunələrdə həyatın yaranması üçün əsas olan minerallar və üzvi birləşmələr var.
“Report” xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Asteroiddən alınan nümunələrdə karbohidrogenlər, amin turşuları və sulu fosfatlar olub. Alimlər DNT və RNT komponentləri də daxil olmaqla 20 növ üzvi molekul müəyyən ediblər.
Nümunəni öyrənmək bir ildən çox vaxt aparıb.
Bizim WhatsApp kanalımıza abunə olun
Mənbə: report.az
- Xəbər lenti