Cəlilabadda məktəblərdə yeni peşə təmayüllü siniflərin yaradılması planlaşdırılır 
04.11.2024 - 19:17
Cəlilabadda məktəblərdə yeni peşə təmayüllü siniflərin yaradılması planlaşdırılır 

Cəlilabad rayonunda bu il 2 məktəbdə yeni peşə təmayüllü siniflərin yaradılması planlaşdırılır.

”Report”un Muğan bürosunun məlumatına görə, yeni siniflərin Cəlilabad şəhər 3 nömrəli tam orta məktəbində və Sərhədabad kənd tam orta məktəbində təşkil olunması gözlənilir.

Bildirək ki, bu vaxta qədər rayonun digər 5 tam orta məktəbində sözügedən siniflər fəaliyyət göstərib.

Qeyd edək ki, 5 məktəbdə təşkil olunan bu tip siniflər ümumilikdə 122 şagirdi əhatə edib.

Mənbə: report.az
  • Xəbər lenti

DİGƏR XƏBƏRLƏR