Qəza komissarlığı üzrə təcrübəçi (Gəncə) vakansiyası
05.11.2024 - 15:24
Qəza komissarlığı üzrə təcrübəçi (Gəncə) vakansiyası Vəzi̇fə və öhdəli̇klər: Müvafiq sığorta növləri üzrə sığorta hadisələrinin qeydiyyata alınmasında, ilkin sənədlərin hazırlanmasında və ümumi işin təkmilləşdirilməsində dəstək olmaq;Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinin təmin edilməsində dəstək olmaq;Müştərinin müraciəti əsasında İMS Protech elektron bazasında hadisə üzrə məlumatın daxil edilməsində dəstək olmaq;Səlahiyyətli dövlət orqanlarına və digər qurumlara baş vermiş hadisə üzrə sənədlərin toplanılması üçün sorğu yollamaqda dəstək olmaq;Baş vermiş hadisə yerinə çıxışın həyata keçirilməsi, müvafiq aktların tərtib edilməsi, hadisə yerinin, iştirakçıların sənədlərinin, sığorta predmetinin və hadisə yerinin foto və ya video çəkilişlərinin aparılmasında dəstək olmaq;Lazım gəldikdə hadisə yerindən avtonəqliyyat vasitələrinin evakuasiyasının təmin edilməsində dəstək olmaq;Hadisə yerində sığorta dələduzluğu faktı və ya kənar izlərin aşkarlaması halında ilkin aktda müvafiq qeydlərin aparılması;Hadisə yerinə səlahiyyətli dövlət orqanlarının və digər qurumların əməkdaşlarının gəlməsinin təşkil edilməsində dəstək olmaq;Öhdəliklərinin icrası zamanı aşkarlanmış lazımı məlumatların, hadisəyə dair əldə olunmuş foto və video çəkilişlərin, sənədlərin İMS Protech elektron bazasında və ya File Server-də yerləşdirilməsində dəstək olmaq;Region üzrə qəza komissarına zərərə məruz qalmış əmlakın qiymətləndirilməsində dəstək göstərmək;Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi. Bi̇li̇klər: Ali təhsil (İqtisadiyyat, sığorta ilə əlaqəli təhsil arzuolunandır);Yol nəqliyyat hadisələri haqqında biliklər arzuolunandır;Avtomobil hissələrinin bazar dəyəri, servis xidmətləri haqqında məlumatlı olmaq arzuolunandır;Müştərilərlə iş üsulları;Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki biliklər;Dil bilikləri; Azərbaycan dilində yüksək səviyyədə bilik mütləq, Rus və İngilis dili bilikləri arzuolunandır;Sürücülük vəsiqəsi. Bacarıqlar: Yaxşı ünsiyyət bacarığı;Problemlərin həlli;Komanda ilə işləmək;Təşəbbüskarlıq;Məqsədyönlülük;Məsuliyyətli olmaq. Son müraciət tarixi: 10.11.2024
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.