Xəbər

BDU-nun “Brend tələbə”ləri mükafatlandırılıb - FOTO  
27.05.2024 - 16:56
BDU-nun “Brend tələbə”ləri mükafatlandırılıb - FOTO  

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən ”Brend tələbə” layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

Bu gün AzEdu.az və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə BDU-da təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

Tədbirdə AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, universitetin Mətbuat xidmətinin rəhbəri Kəmalə Namazova və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

Mükafatlandırma mərasimi Ramin Səmədovun açılış nitqi ilə başlayıb. O, “Brend tələbə” adına layiq görülən gəncləri təbrik edib. Qeyd edib ki, tələbələri motivasiya etmək üçün bu layihənin xüsusi rolu var.

Daha sonra Elşad Eyvazlı tələbələri təbrik edərək təhsil həyatlarında uğurlar arzulayıb.

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib. Bakı Dövlət Universitetinin ”Brend tələbə” statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

Ələkbər Bafadarov - Tələbə Gənclər Təşkilatının sədr müavini (Filologiya fakültəsi, III kurs);

Fatimə Atakişiyeva - Tələbə Gənclər Təşkilatının sədr müavini (Biologiya fakültəsi, III kurs);

İsmayıl Zeynalov - BDU Könüllüləri təşkilatının sədr müavini (Tətbiqi riyaziyyat və kibernetika fakültəsi, IV kurs);

Zöhrab Cavadzadə - BDU Könüllüləri təşkilatının sədr müavini (Tarix fakültəsi, IV kurs);

Eltac Allahyarlı - Tələbə Həmkarlar İttifaqı Komitəsinin Hüquq fakültəsi üzrə sədri (Hüquq fakültəsi, IV kurs);

Rəvan Əbilov - Tələbə Həmkarlar İttifaqı Komitəsinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi üzrə sədri;

Rəhimova Zəhraxanım - Tələbə Elmi Cəmiyyətinin sədri;

Qönçə Ağazadə - Tələbə Elmi Cəmiyyəti;

Aysu Əmrahova - Şərqşünaslıq fakültəsinin III kurs tələbəsi;

Sərxan Abbaszadə - Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, SABAH qrupları, I kurs magistr.

Mənbə: azedu.az

DİGƏR XƏBƏRLƏR