Xəbər

Qarabağ Universitetinin loqosunun hazırlanması üzrə Loqo müsabiqəsi elan edilir
04.07.2024 - 22:32
Qarabağ Universitetinin loqosunun hazırlanması üzrə Loqo müsabiqəsi elan edilir

Qarabağ Universitetinin loqosunun hazırlanması üzrə Loqo müsabiqəsi elan edilir.  Müsabiqənin şərtləri: • Müsabiqədə bu sahədə bacarıqlı olan hər kəs iştirak edə bilər; • Hər iştirakçı maksimum 2 variantda eskiz təqdim edə bilər; • Təqdim olunan eskizlərin qısa izahedici mətni olmalıdır; • Təqdim olunan eskizlər yeni olmalıdır; • Loqo orijinal, müasir, rəngli və konseptual görünüşlü olmalıdır; • Loqo digər loqolara və ya onların komponentlərinə uyğun gəlməməlidir; • Təqdim olunan loqotiplər *jpeg, *png, *eps, *ai və ya *cdr formatında olmalıdır; • Qarabağ Universiteti qalib gəlmiş loqonu istənilən tərzdə blanklarda, vizit kartlarında və digər məhsullarda istifadə etmək üçün müstəsna hüquqa malikdir. Eskizlərin qəbulu üçün son tarix: 17 iyul 2024-cü il Hazırlanan loqo eskizlərini göndərmək üçün elektron poçt ünvanı: [email protected]

Mənbə: edumap.az

DİGƏR XƏBƏRLƏR