Xəbər

DİA-nın “Brend tələbə”ləri mükafatlandırıldı- FOTO
02.07.2024 - 16:01
DİA-nın “Brend tələbə”ləri mükafatlandırıldı- FOTO

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən ”Brend tələbə” layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

Bu gün AzEdu.az və Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

Tədbirdə AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədov, Dövlət İdarəçilik Akademiyasının tələbələrlə iş üzrə koordinatoru Murad Həsənxanlı və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

Mükafatlandırma mərasimi Elşad Eyvazlının nitqi ilə başlayıb. O, “Brend tələbə” adına layiq görülən gəncləri təbrik edib.

Qeyd edib ki, tələbələri motivasiya etmək üçün bu layihənin xüsusi rolu var. Daha sonra tələbələri təbrik edərək təhsil həyatlarında uğurlar arzulayıb.

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının ”Brend tələbə” statusuna layiq görülmüş gəncləri aşağıdakılardır:

1.Günel Hətəmli- Siyasi İdarəetmə Fakültəsi ,Politologiya ixtisasının tələbəsi; 2.Nigar Məlikova- Siyasi İdarəetmə Fakültəsi,Politologiya ixtisasının tələbəsi; 3.Fatimə Zeynallı- Siyasi İdarəetmə Fakültəsinin tələbəsi; 4.Musabey Babayev- Siyasi İdarəetmə Fakültəsinin tələbəsi; 5.Anar Hüseynli- Siyasi İdarəetmə Fakültəsi , Hüquq ixtisasının tələbəsi; 6.Rəşad Qeybalıyev- Siyasi İdarəetmə Fakültəsinin tələbəsi; 7.Rəfael İsgəndərov- Siyasi İdarəetmə Fakültəsinin tələbəsi; 8.İxtiyar Mahmudzadə- İnzibati İdarəetmə Fakültəsinin tələbəsi; 9.Səddam Ağazadə- İnzibati İdarəetmə Fakültəsinin tələbəsi; 10.Vaqif Mollayev- İnzibati İdarəetmə Fakültəsinin tələbəsi.  

Mənbə: azedu.az

DİGƏR XƏBƏRLƏR