Xəbər

Özəl məktəblərdə illik ödənişlər niyə çoxdur?
02.07.2024 - 14:01
Özəl məktəblərdə illik ödənişlər niyə çoxdur?

“Bəzən valideynlər övladlarının daha keyfiyyətli təhsil alması üçün özəl məktəblərə üz tuturlar, onlar bu təhsil müəssisələrinin daha yaxşı, keyfiyyətli olduğunu düşünürlər”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Elm və təhsil üzrə ekspert Rizvan Fikrətoğlu qeyd edib.

Ekspert özəl məktəblərdə təhsil almağın hər valideynin büdcəsinə uyğun olmadığını bildirib:

“Çünki ölkəmizdə özəl məktəb-liseylərdə illik ödəniş 3500- 20000 manat təşkil edir. Bu məbləğ hər il daha da artır. Özəl məktəb-liseylərdə ödəniş haqqının yüksək olmasının səbəbi orada hər şeyin yüksək səviyyədə olmasıdır. Özəl məktəb-liseylər daha yaxşı, savadlı, kompetensiyaları yüksək müəllim cəlb etmək üçün təhsilverənlərə yüksək maaş verir. Eləcə də özəl liseylərdə bütün ləvazimatlar, avadanlıqlar yeni və keyfiyyətli olur. Hər şeyin yüksək səviyyədə olduğu özəl məktəb-liseydə illik ödənişin yüksək olması normaldır. Heç bir özəl məktəb valideyni məcbur etmir ki, övladını orada oxutdursun. Burada könüllülük məsələsi var”.

Ekspert özəl məktəb-liseylər və dövlət ümumtəhsil müəssisələri arasındakı fərqlərdən söz açıb:

“Özəl məktəb-liseylərdə infrasturuktura, biliyə, nəzarətə daha çox önəm verilir. Həmin təhsil ocaqları dövlət məktəblərindən fərqli olaraq nəticəyə fokuslanır. Yəni təhsil alan şagirdlər istər elm və təhsili, istərsə də digər bacarıqları ilə fəqlənirlər. Burada əsas keyfiyyətdir. Təbii ki, bu keyfiyyətin yüksək olması üçün xidmət haqqlarıda yüksək olmalıdır.

Qeyd etmək yerinə düşər ki, ölkəmizdə imtahanla şagird qəbulu həyata keçirən bir neçə lisey və gimnaziyaların az qala özəl məktəb -liseylərdən fərqi hiss edilmir. Valideynlər belə təhsil müəssisələrindən də yararlana bilərlər”.

Kəmalə Hüseynova

Mənbə: azedu.az

DİGƏR XƏBƏRLƏR