BSU-nun professor, müəllim - tələbə heyəti beynəlxalq konfransda iştirak edib
22.10.2024 - 13:37
BSU-nun professor, müəllim - tələbə heyəti beynəlxalq konfransda iştirak edib

 Bakı Slavyan Universitetinin (BSU) professor, müəllim - tələbə heyəti Azərbaycan Dövlət Pedaqoji Universitetində “Təhsildə Estoniya təcrübəsi” mövzusunda  beynəlxalq konfransda iştirak edib. Beynəlxalq konfrans Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, XXI Əsr Beynəlxalq  Təhsil və İnnovasiya Mərkəzinin tərəfdaşlığı, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə keçirilib. Təqdimatlarda “Estoniyanın PISA uğuru: əsas səbəblər”, “İdarəetməni dəyişin: uşaqyönümlü öyrənmə mühitini necə yaratmaq olar?”, “Estoniya təhsilinə baxış”, “Effektiv öyrənmə mühiti” mövzuları əhatə olunub.

Mənbə: tehsil.biz
  • Xəbər lenti

DİGƏR XƏBƏRLƏR