PashaPay şirkəti gənclər üçün təcrübə proqramı çərçivəsində iş təklif edilir
22.10.2024 - 12:23
PashaPay şirkəti gənclər üçün təcrübə proqramı çərçivəsində iş təklif edilir. Proqram iki ay üçün nəzərdə tutulub. Təcrübə proqramı təhsil səviyyəsindən asılı olmayaraq, 16-26 yaş arası şəxslər müraciət edə bilərlər. Namizədlərdən intizam, xoşrəftarlıq, ünsiyyətcillik, operativlik, kollektivdə işləmək bacarığı, təşkilatçılıq, təşəbbüskarlıq, kompüter bacarığı tələb olunur. Pashapay MMC tərəfdən satış təcrübəçilərinə verilən vədlər: • Peşəkar təmilçilər tərəfindən satış və şəxsi inkişaf təlimləri • Sertifikat • Cəlb etdikləri müştərilər müqabilində yüksək bonus • Təcrübə proqramını uğurla bitirmiş şəxslərin işlə təmin edilmə imkanı • Öz yaşayış yerinə yaxın və sərbəst ( gün ərzində 4 saat ) qrafiklə iş imkanı • Əyləncə tədbirləri • Korporativ mühit , komanda da işləmə ,kommunikasiya bacarıqlarının artırılması • Xidməti müqavilə əsasında iş Müraciət et