Azərbaycan Dillər Universiteti və Koreya Respublikasının İnha Universiteti arasında memorandum imzalandı
22.10.2024 - 17:01
Azərbaycan Dillər Universiteti və Koreya Respublikasının İnha Universiteti arasında memorandum imzalandı

Azərbaycan Dillər Universiteti və Koreya Respublikasının İnha Universiteti arasında imzalanmış qarşılıqlı əməkdaşlıq memorandumuna əsasında yeni bir layihə “Qlobal iqlim böhranına cavab vermək üçün tərəfdaşlıq qurulması” haqqında saziş imzalanıb.Sazişi Koreya tərəfindən “İqlim böhranına cavab”layihə qrupunun rəhbəri professor Jungho Kim, Azərbaycan Dİllər Universiteti tərəfindən Tərcümə fakültəsinin dekanı filologiya elmləri doktoru Bənövşə Məmmədova imzalayıb.Görüşdə həyata keçiriləcək layihə haqqında ətraflı danışılmış, saziş çərçivəsində qlobal iqlim dəyişikliyi istiqamətində atılacaq birgə məsələlər müzakirə edilmişdir. Saziş çərçivəsində koreyalı və azərbaycanlı tələbələrdən ibarət komandalar yaradılacaq və bir neçə ay müddətində hər komanda iqlim dəyişikliyinə dair birgə iş icra edəcəklər. Sonda Bakıda yay düşərgəsinin təşkil olunacağı və görülən işin birgə təqdimatı nəzərdə tutulur. Münsiflər tərəfindən ən uğurlu qrup işi kimi dəyərləndiriləcək komanda üzvlərinin Koreyaya səfəri də nəzərdə tutulur. Qeyd edək ki, sözügedən layihə Azərbaycanla yanaşı, Gürcüstan, Qırğızıstan, Bolqarıstan, Peru və s. də daxil olmaqla 10-a yaxın ölkədə icra olunur.  

Mənbə: tehsil.biz
  • Xəbər lenti

DİGƏR XƏBƏRLƏR