Türkiyə-Azərbaycan Universitetinin (TAU) Mühasibatlıq şöbəsinə mühasib vəzifəsinə vakansiya elan edilir
22.10.2024 - 16:56
Türkiyə-Azərbaycan Universitetinin (TAU) Mühasibatlıq şöbəsinə mühasib vəzifəsinə vakansiya elan edilir

Türkiyə-Azərbaycan Universitetinin (TAU) Mühasibatlıq şöbəsinə mühasib vəzifəsinə vakansiya elan edilir.  Öhdəliklər: · Bank əməliyyatlarının icra edilməsi; · Hesab-fakturaların və E-qaimələrin hazırlanması, göndərilməsi və təsdiqi; · Gündəlik olaraq Bank və ƏDV depozit hesabının yoxlanılması; · Gündəlik və aylıq hesabatların tərtib edilməsi (vergi, DSMF, statistika hesabatları və s.); · Debitor və kreditor sənədlərin uçotunun aparılması; · Müqavilələrin mühasibat cəhətdən yoxlanılması və sənədləşmənin təmin edilməsi.  Tələblər: · Ali təhsil (maliyyə, mühasibat uçotu, audit və oxşar ixtisaslar); · Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi; · Dil bilikləri: Azərbaycan dilini səlis bilməli; (türk və ingilis dillərini bilməsi üstünlükdür); · E-taxes.gov.az və s. portallardan istifadə etmək; · MS Office proqramları üzrə biliklər (xüsusilə Excel); · Yaxşı səviyyədə riyazi biliklər və analitik qabiliyyət; · Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı.  Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət üçün son tarix: 10.11.2024

Mənbə: edumap.az
  • Xəbər lenti

DİGƏR XƏBƏRLƏR