Influencer Marketing Manager & SMM (Intern)
22.10.2024 - 22:26
Influencer Marketing Manager & SMM (Intern)

Influencer Marketing Manager & SMM (Intern)  Influencer Azerbaijan - Azərbaycanda influenserləri və şirkətləri bir araya gətirən ortaq platformadır. Qısa müddət ərzində komandamız öz kanalları vasitəsilə 1200+ yerli influenser və 350+ şirkət cəlb edib. Şirkətimiz tələbələrə və ali təhsil müəssisəsini yeni bitirənlərə ödənişli “İnfluenser marketinq xidmətləri və SMM” üzrə təcrübə proqramı təklif edir.   Təcrübə proqramı sizə nə qazandıracaq? - Qlobal brendlər ilə çalışma şansı - Real iş mühiti ilə tanışlıq; - Bazamızda olan və bazamıza əlavə edilməsi istənilən influenserlərlə əlaqə və ünsiyyət; - İnfluenserlərin keyfiyyətli təhlili və effektiv qiymətləndirmək; - Təcrübəli əməkdaşların müşayiətində yaradıcı şəkildə post üçün başlıq yazılması, dizayn verilməsi və video ssenarisi hazırlanması; - Hazırlanan yaradıcı məzmunların ictimai paylaşılması və bunun doğrultusunda birbaşa izləyicidən geridönüş ala bilmək imkanı;   Namizədə dair tələblər: - Öyrənməyə həvəslilik; - Kreativ düşünmə qabiliyyəti; - Güclü yazılı və şifahi ünsiyyət bacarıqları; - Azərbaycan dilində səlis yazma bacarığı (Rus və ingilis dili arzuolunandır) - Ofis proqramlarında işləmə bacarığı: Google Docs, Google Sheets, Google Slides; - Canva-da işləmə bacarığı;   Təcrübəçi ilə şirkətimiz arasında ödənişli əsaslar üzrə nəzərdə tutulmuş 2 aylıq müqavilə bağlanacaq. Nəzərdə tutulmuş ödəniş 150 AZN-dir. Təcrübə başa çatdıqdan sonra yüksək nəticə göstərildiyi halda daimi iş təklifi olunacaq. Təcrübə proqramı həftəiçi 5 gün, saat 11:00 - 17:00 aralığında nəzərdə tutulub.   Ofisimiz şəhərin mərkəzində Torqovoya adı ilə bilinən Nizami küçəsinin yaxınlığında yerləşir. Qeyd olunan tələblərə uyğun namizədlər CV faylını “Təcrübəçi” başlığı ilə aşağıda əlavə edilmiş e-poçt ünvanına göndərə bilər. Müraciət üçün son tarix 6 noyabrdır.   Müraciət və daha ətraflı məlumat üçün: [email protected]  

Mənbə: edumap.az
  • Xəbər lenti

DİGƏR XƏBƏRLƏR